Qobustan qapalı həbsxanasında ömürlük çəza çəkən Vüqar Əliyev anası vasitəsi ilə “Azadlıq” qəzetinə məlumat göndərib. Məlahət İsmayılova bildirir ki, oğlu barəsindəki ömürlük həbs hökmünün dəyişdirilməsi üçün hüquq-muhafizə orqanlarının rəhbərlərinə müraciət etmişdi. Sentyabrın 19-da Baş Prokrorluqdan ona verilən cavabda bu haqda məhkəməyə müraciət edilməsi tövsiyyə olunub. Vüqar Əliyev bildirib ki, bununla bağlı Ali Məhkəmənin plenumuna müraciət etmək niyyətindədir. Həmçinin, Vüqar Əliyev etmədiyi cinayətə görə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun girovluğunda saxlandığını xatırladıb.
Vüqar Əliyev 2003-cü ildən Aslan Aslanovun oglunun öldürülməsində təqsirli bilinərək ömürlük həbsə məhkum olunub.
“Aslan Aslanovun girovluğunda saxlanılıram” – məhbəsdən müraciət
•