Azərbaycanlı çempion Ukraynada terrora görə saxlanıldı

idmanci-ukraynaKiyevin “Borispol” aeroportunda saxlanılan azərbaycanlının kimliyi məlum olub.

Ukrayna Təhlüksəzilik Xidmətinin “Borispol” aeroportu üzrə bölməsindən verilən məlumata görə, saxlanan şəxs 21 iyun 1986-cı ildə Azərbaycanın Qusar rayonunda anadan olmuş Valeh Cavanşir oğlu Əmirəliyevdir.

O, Rusiyadan Ukraynaya gəlib, Türkiyəyə uçmaq istəyərkən saxlanılıb.

Rusiyanın terror cinayətinə görə axtarışa verdiyi, universal döyüş üzrə Avropa çempionu V. Əmirəliyev Ukrayna polisinə təhvil verilib.

Onun terror cinayətində təqsirli bilindiyi qeyd olunsa da, konkret hansı əməlləri törətdiyi açıqlanmır. (APA)

***

Ukraynanın sərhəd xidmətinin əməkdaşları “Borispol” Hava Limanında “terrorçuluq” maddəsi üzrə cinayət törətdiyinə görə İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Əldə etdiyimiz məlumata görə, bu vətəndaş dəfələrlə 93 kiloqramdan yuxarı çəki dərəcəsində tamkontaktlı əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin qalibi olub”, – deyə məlumatda bildirilir.

İdarədən saxlanılan şəxsin adı açıqlanmayıb və yalnız qeyd olunub ki, o müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin bölməsinə təhvil verilib. (Report)