Suriyadan qoşun göndərmək üçün müraciət olsa, Rusiya bunu nəzərdən keçirəcək.
Bunu Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov bildirib.
Onun sözlərinə görə, ikitərəfli saziş çərçivəsində, bu, mümkündür:
“Təbii ki, müzakirə olunacaq, nəzərdən keçiriləcək, amma bu barədə hipotetik olaraq danışmaq hələ tezdir”.
Bundan əvvəl Suriyanın XİN başçısı Valid Muallem də bildirmişdi ki, əgər ehtiyac yaransa, Dəməşq tərəddüd etmədən Rusiyadan qoşun göndərməyi xahiş edəcək.
Rusiya Suriyaya qoşun göndərə bilər
•