Gürcüstan parlamenti üçüncü oxunuşdan prokurorluqda islahatlarla bağlı qanun layihəsini qəbul edib. Qanun layihəsi ba prokurorun yeni qaydalarla seçilməsini nəzərdə tutur.
Hazırda baş prokuroru ədliyyə nazirinin təqdimatı ilə baş nazir vəzifəyə təyin edir və işdən azad edir.
Yeni qaydalar isə daha mürəkkəb proseduru nəzərdə tutur. Bu qaydaya əsasən, baş prokuror parlament və yeni kollegial orqan olan Prokurorluq şurasının iştirakı ilə seçiləcək. Həmçinin baş nazir bə ədliyyə naziri də əhəmiyyətli rolunu saxlayır.
Qanun qüvvəyə minəndən sonra bir ay ərzində ədliyyə nazirinin rəhbərlik edəcəyi 15 nəfərdən ibarət Prolurorluq şurası yaradılmalıdır: onlardan 8-i prokurorlar konfransl tərəfindən seçiləcək, 2 parlament deputatı – onlardan biri parlamentdəki çoxluğun, biri isə azlığın nümayəndəsi olacaq, ədliyyə şurasının seçəcəyi 2 hakim və vətəndaş cəmiyyəti təşkilatlarının təqdim etdiyi və parlament tərəfindən seçiləcək 2 nəfər şurada təmsil ediləcək.
Qanun qüvvəyə minəndən bir ay sonra ədliyyə naziri akademik dairələr, vətəndaş cəmiyyəti nümayəndələri və hüquq mütəxəssisləri ilə məsləhətləşmədən sonra Prokurorluq şurasına 3 nəfərin namizədrliyi təqdim edəcək.
Prokurorluq şurası səslərin 2/3, yəni 10-da az olmayaraq səslə baş prokuroru seçəcək. Əgər namizədlərdən heç biri lazımı qədər səs toplamasa, ədliyyə naziri yeni namizədləri təqdim edəcək.
Prokurorlu şurasının təsdiq etdiyi namizədi ədliyyə naziri hökumətə təqdim edəcək. əgər hökumət namizədi qəbul etməsə, yeni namizədin təqdimatı proseduru yenidən başlayır.
Namizəd bəyənilsə, parlament tərəfindən təsdiq edilməlidir. Bunun üçün isə az 76 deputat onun lehinə səs verməlidir. Bir şəxs ardıcıl iki dəfə baş prokuror seçilə bilər.
Fizzə