Qarşıdakı 12 ay ərzində dollar avro qarşısında güclənərək bərabər məzənnə səviyyəsinə (1 dollar = 1 avro) gələcək.
Principal Global Investorsa görə,dollar, Fedin bu həftə faiz artırmağa qərar verməməsilə ilə və hələ də faizləri artımaq yolunda irəliləməsinin təsirilə qarşıdakı 12 ayda güclənərək avro ilə bərabər məzənnə səviyyəsinə (1 dolar1euro) gələcək.
Principal-ın İcraçı Direktoru Kim McCaughan “Dollar yen qarşısında həmin dövrdə 125 yenə qalxa bilər” deyib.
Fed, maliyyə bazarındakı təlatüm və qlobal iqtisadi yavaşlama riskinin yüksəlməsi ilə Cümə günü faiz dərəcələrini artırmadı.
Mccaughan, “Faizlərin yüksəldilməməsi üçün ABŞ iqtisadiyyatında və ya dünyada daha böyük bir şokun baş verməsi lazımdır. Dollar, “göyərçin pul siyasəti” ilə uzun müddət aşağıda saxlanıla bilinməz” deyib.
Avro dollar qarşısında Bakı saatı 16:40-da 1.1432 dollar olub. Avro, 16 Martda 1.0458 dollar ilə 12 ilin zirvə səviyyəsini görmüşdü. Yen dollar qarşısında 119.89 yen səviyyəsindədir. Yen dollar qarşısında İyun ayında 125.86 yen ilə 13 ilin ən yüksək səviyyəsinə çıxmışdı.