Məkkədə yanğın: 1000-dən çox zəvvar evakuasiya olundu

mekke-yanginMəkkədə mehmanxanalardan birində baş verən yanğın zamanı 2 nəfər xəsarət alıb. Səudiyyə Ərəbistanı Mülki Müdafiə Xidmətinin əməkdaşları mehmanxanadan 1028 zəvvarı  təcili evakuasiya edib. Onların əksəriyyəti Asiya ölkələrindən gələn zəvvarlardır.

Məlumata görə, yanğın 11 mərtəbəli mehmanxanın 8-ci mərtəbəsində başlayıb (Modern.az).

Sentyabrın 11-də Məkkənin Əl-Haram məscidində kranın aşması zamanı 107 nəfər zəvvar həlak olub, 230 nəfər isə xəsarət alıb. Səudiyyə Ərəbistanı rəsmiləri bu il Hcc ziyarətinə 1,5 milyon zəvvar gözləyir.