Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunda 5 mərtəbəli bina dağılıb.
Bu barədə “Haber 7” telekanalı məlumat verir. Xəbərə görə, dağıntılar altıında insanların qaldığı bildirilir. İlkin məlumata əsasən, yaxınlıqda olan 3 nəfər xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları göndərilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ bilinmir. Hazırda xilasetmə əməliyyatı keçirilir. Yaralıların sayının artacağı istisna edilmir.