İŞİD-in liderlərindən biri həbs olundu

Livan hərbçiləri Beka vadisində İraq-Şam İslam Dövlətinin (İŞİD) liderlərindən biri – İbrahim əl-Atraşı həbs ediblər. İŞİD-in Livandakı qoluna başçılıq edən Atraş raket və bomba yüklü maşınlarla törədilən terror aktlarına rəhbərlik edirdi.
İbrahim əl-Atraşın bir neçə ildir axtarışda olduğu bildirilir. (Modern.az)