2024-cü ildə Yay Olimpiya və Paralimpiya Oyunlarınını qəbul etməyə namizəd şəhərlərin adları açıqlanıb. Olimpiada üçün ev sahibliyi mübarizəsi 5 şəhər arasında gedəcək.
Belə ki, Beynəlxalq Olimpiya Komitəsi Hamburq (Almaniya), Roma (İtaliya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeştin (Macarıstan) yarışı keçirmək arzusunda olduğunu açıqlayıb. Namizədlər arasında Azərbaycan paytaxtı Bakının, həmçinin Toronto (Kanada) və Əhmədabadın (Hindistan) adının olacağı gözlənilsə də, bu ən azı növbəti Yay Olimpiya Oyunlarında qədər təxirə salınıb.