Avqustda gömrük gəlirləri 17,4% azalıb

gomruk-komitesiAvqustda dövlət büdcəsinə gömrük mədaxili 117 mln manat olub. Bu, fevraldan bəri ən pis göstəricidir.

DGK-nın məlumatına əsasən, ötən ay gömrük mədaxilinin həcmi iyulla müqayisədə 24,6 mln manat və ya 17,4% azalıb.

Bu ilin 8 ayında DGK-nın xətti ilə dövlət büdcəsinə 1 mlrd 23,9 mln manat daxil olub. Bu, ötən ilin eyni dövründəkindən 2% çoxdur.

DGK gömrük mədaxilinin azalmasının səbəbini izah etmir. Potensiala baxmayaraq (bir çox istehlak malları aşağı qiymətlə sənədləşdirilir), ekspertlər hesab edir ki, gömrük mədaxilinin həcmi proqnozdan (1 mlrd 590 mln manat) çox olmayacaq (contact.az).