Toplanan gömrük rüsumlarının həcmi kəskin azalıb

gomruk-komitesiBu ilin avqust ayı ərzində Azərbaycan dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə ümumilikdə 117,0 mln. manat həcmində vəsait daxil olub.

DGK-nin yaydığı hesabatda bildirilir ki, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12,23% azdır. Cari ilin yanvar-avqust aylarında isə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,25% artraq 1 001,4 mln. manatdan 1 023,9 mln. manata yüksəlib.

Aylıq büdcə daxilolmalarının 22,730 mln. manatı (19,43%) gömrük rüsumları, 85,518 mln. manatı (73,09%) ƏDV, 7,128 mln. manatı (6,09%) aksizlər, 1,631 mln. manatı (1,40%) yol vergisinin payına düşüb. Ötən ilin avqust ayı ilə müqayisədə gömrük rüsumlarının həcmi 45,04% azalıb, ƏDV 0,28%, aksizlərin həcmi 35,2%, yol vergisi 16,52% artıb.