Talibançılar 300-dən çox məhbusu qaçırıblar

Taliban Əfqanıstanın mərkəzində yerləşən Qəzni şəhərindəki həbsxanaya hücum edərək, yüzlərlə məhbusu azadlığa buraxıb.

Qəzni valisinin müavini Mohammad Ali Ahmadi deyib ki, hücumçulardan biri sentyabrın 14-də özünü həbsxananın darvazası qarşısında partladıb, digərləri isə içəri soxulub.

Onun sözlərinə görə, ümumilikdə 400-dən çox məhbus qaçıb. Onlardan 80-i tutulub, azı 352-si isə qaça blib.

Ahmadinin dediyinə görə onlardan təxminən 150-si talibançılardır.

Amma Ahmadi bundan bir gün əvvəl 20 ən təhlükəli məhbusun davaya görə başqa yerə köçürüldüklərini deyir.

Hücum zamanı 7 talibançı və 4 təhlükəsizlik əməkdaşının öldürüldüyü bildirilir.

Reuters-in hadisə yerində olan müxbiri də demək olar ki, bütün məhbusların qaçdığını bildirir.

Hücum zamanı həmçinin 7 polisin yaralandığı xəbər verilir.

Hücumçular hərbi formada olublar.

Talibanın sözçüsü Zabihullah Mujahid də hücumu təsdiqləyib. Onun sözlərinə görə, hücumçuların içində 3 intiharçı olub.