Hakimiyyətin növbəti devalvasiya planı

manatBu dəfə bahalaşmaya devalvasiyadan əvvəl start verilir

Azərbaycan hakimiyyətinin növbəti devalvasiya planı barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatda deyilir ki, hakimiyyət parlament seçkilərindən sonra devalvasiyaya getmək niyyətindədir.

Artıq bununla bağlı aparılan müzakirələrdə devalvasiyaya gedilməsi qətiləşir. Lakin fevral devalvasiyasındakı ajiotajın yaşanmaması üçün xüsusi planı işlənib. Məlumatda deyilir ki, plana görə növbəti devalvasiyaya qədər mərhələli bahalaşma baş verəcək. Xüsusilə hakimiyyətdəki oliqarxların nəzarətində olan obyektlər qiymətləri artıracaq. Fevral devalvasiyasında bahalaşma manatın ucuzlaşmasından sonra baş vermişdi. Bu da cəmiyyətdə ciddi etiraza səbəb olmuşdu. Bu dəfə bahalaşmanı əvvələ salaraq guya devalvasiyanın qiymətlərə heç biri təsiri olmadığı görüntüsü yaratmaq niyyətindədilər.