mikayil-cabbarov

“Bu il universitetlərə ötənilkindən 700 nəfər az tələbə qəbul olunub”

mikayil-cabbarov“Qəbul imtahanlarının nəticələrinin yaxşılaşması təhsilin ümumi keyfiyyətinin yaxşılaşmasıdır”. Bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin konfransında deyib.

O qeyd edib ki, bu il uzun illərdən sonra elan olunan keçid balları aşağı salınmayıb:

“Bilik səviyyəsi danışıqlar mövzusu ola bilməz. Əgər bilik səviyyəsi yoxdursa, təhsilin səviyyəsinin bir pilləsindən digərinə keçiddən danışıla bilməz. Bu il TQDK tərəfinin müəyyən etdiyi qəbul planı 85 faizdən çox yerinə yetirilib. Keçən illə müqayisədə 700 nəfər daha az tələbə universitetlərə qəbul olub. Bu, ali təhsil müəssisələrinin maliyyə dayanıqlığına, yüzlərlə müəllimin işdən azad olunmasına səbəb olmayıb. Bu da ali təhsil sisteminə daha keyfiyyətli tələbənin qəbul olmasına gətirib çıxar”. (Modern.az)