Bərdədə Ağayevlərin bazarı yandı

bine-yanginBərdədə fəaliyyət göstərən bazarlardan birində yanğın olub. Hadisə sentyabrın 12-də günorta saatlarında baş verib. Bərdədəki mənbəmizin verdiyi məlumata görə, yanan bazar prezidentin keçmiş köməkçisi Tariyel Ağayevin qardaşı Ibrahim Ağayevə məxsusdur.

Mənbə bildirir ki, Ibrahim Ağayev özü də Dövlət Gömrük Komitəsində məsul vəzifədə çalışır. Bazarın bir hissəsi yanıb. Hadisənin videolentə alınmasına imkan verilməyib. Məlumata görə, ümumiyyətlə Bərdədə Ağayevlərin nəzarətində 3 bazar fəaliyyət göstərir. Bir bazar isə Tariyel Ağayevin bacısı oğlu Zaur Allahverdiyevin nəzarətindədir. Zaur Allahverdiyevin atası Elman Allahverdiyev isə Bərdənin keçmiş icra başçısıdır.