Miqrant faciəsi davam edir: 28 nəfər dənizdə batdı

miqrant-denizAvropaya getmək üçün yola çıxan miqrantlar yenə də faciə ilə üzləşib. Yunanıstan sahillərində içində miqrantlar olan qayıq aşıb.

Nəticədə azı 28 nəfər həlak olub. Qayıqda olan 68 nəfəri xilas etmək mümkün olub, 29 nəfər isə özləri sudan çıxa bilib.

Miqrantların hansı ölkədən olduğu hələ məlum deyil. Qayıq Yunanıstanın Farmakonisi adası yaxınlığında batıb. Hazırda həmin ərazidə axtarış-xilasetmə işləri aparılır.