Bu gün “Dar ağacına salam” verən, “Ölümə xoş gəldin” deyən Rüstəm Behrudinin doğum günüdür.
Rüstəm Behrudi…
Bu ad Türk dünyasında təkcə “Şaman duaları”, “Boz qurd”, “Salam, dar ağacı” kimi məşhur qara cildli kitabların üstündəki imza-ad deyil. O həm də 2 min illik bir tarixi, düşüncəni, mifik dünyagörüşü özündə ehtiva eləyən böyük fikir və düşüncə adamıdır.
Heç təsadüfi deyil ki, hələ 80-ci illərin əvvəllərində böyük türkçü alim, mifoloq Mirəli Seyidov yazırdı: “Türk mifik düşüncə tərzi, Turan ideyası və Türk millətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudinin şeirləri ilə yenidən həyat qazandı”.
Türk oxucusu hələ 80-ci illərin sonlarında onu, böyük türk alimi Ə.B.Ərculasının təqdimatında və ön sözü ilə “Şaman duaları” kitabı ilə tanıdı.
Sonradan Ankara, Istanbul və Izmirdə çap olunan “Tənhalıqda ölüm qorxusu yoxdu”, “Yer üzü görüş yeridi” və s. kitabları, “Salam, dar ağacı”, “Boz qurd” şeirləri türk oxucusunun yaddaşında onun adını altun həriflərlə yazdı.
Ad günü ərəfəsində Türkiyədə milliyyətçi, türkçü və Turançı gəncliyin sevimlisi olan R.Behrudinin 3 kitabdan ibarət olacaq trilogiyasının 1-ci kitabı “Salam, dar ağacı” adı ilə oxuculara ərməğan edilib.
Şairə doğum günü hədiyyəsi olaraq Almaniyada, Leypsiqdə Karl Herman Kielin tərcüməsində “Görən niyə susub Allah”, Bakıda X.Sultanovanın hazırladığı görkəmli ədəbiyyat adamlarının R.Behrudi haqqında düşüncələri yer almış “Görmədiyimiz adam, və yaxud xəzəllərin tüstüsü” kitabları işıq üzü görüb.
Biz də, “Azadlıq” qəzeti olaraq “Tənhalıqda ölüm qorxusu yoxdu” pıçıltısı ilə türk ruhu haqqında əbədiyyət nəğmələri oxuyan Rüstəm Behrudiyə can sağlığı, və böyük yaradıcılıq arzulayırıq.
Doğma yurdun son şamanı
Ankarada sonbahar rüzgarları esiyor şimdi. Atatürkün, Resulzadenin ve Orhan gardaşının kabirleri üstünde, eylül rüzgarları esiyor.
Sen, rüzgarlar şehri Baküde, yüreğini bir olta gibi savurduğun Hazarın derinliklerinde, ölen balıkların yasıyla avutursun kendini.
Meleklerin kanadına taktığın ruhunu, uzaklara sürgün edersin. Oysa sen “gam gamlayan şair” bilirsin ki bir insan için en uzak yer, henüz tanıyamadığı ruhudur.
Binlerce yıldır Metenin, Atillanın, Temurun ruhuna yoldaşlık eden şaman!
Senin için artık uzak yoktur.
Sen, Hazar kıyılarında ruhunun azabını dindirmeye çalışırken, okuduğun sırlı dualar Türk ellerinin dört bir yanında binlerce bozkurdun ruhuna doluyor.
Bu bozkurtlar, bayrağını kurt yapan ve 1400 yıldır Tanrı Dağlarında bizleri gözleyen Kürşadın öz torunlarıdır.
Her biri, bir Kürşad adayıdır. Bizler, senin sırlı dualarında öğrendik darağacına selam verip, “Hoş geldin ey ölüm” demeyi.
Ve o andan itibaren dünya gözümüzde küçülerek, kurşun yarasıyla al kanlara boyanmış bir gömleğe sığdı.
O gömleği bayrak yaptık.
Elimizde al kanlara boyanmış bayraklarla yüzyıllardır savaşıyoruz. Sen, şair! Ağzı dualı bir kurt gibi asırlardır sesleniyorsun bize: “Özünüze, Türklüğünüze dönün!
Şimdi 58 yaşına girdiğin bu günde, Anadolunun bozkırlarında eli kılıçlı bir kurt haykırıyor:
– Çok yaşa şair!
– Çok yaşa şair!
Bilirsin ki bizler, beton yığını şehirleri değil; o şehirlere ruh katan insanları sevdik.
Hem yurdumuzu, hem de gurbetimizi bu yüzden binlerce yıldır içimizde taşırız. Talih, bedenimizi Altaylardan koparmış olsa da, Altay bizim ruhumuzdur, biz her zaman Altaylardayız.
Sen, doğma yurdun son şamanı, “Türk ellerinin ağzı dualı qurdu” darağacına selam verip, ölüme hoş geldin diyenlerin tedirgin ruhusun! Dindir içindeki ızdırabı ve sar artık ruhunun yaralarını. Bırak! Hazar gibi taşsın içinden gam, keder…
Taşıp Tanrı Dağlarına giden yolumuzu temizlesin. Yüreği gurbette kalan bozkurtların hasretini Kürşada söylesin…
Ankarada sonbahar rüzgarları esiyor şimdi. Atatürkün, Resulzadenin ve Orhan gardaşının kabirleri üstünde eylül rüzgarları esiyor. Eli kılıçlı bir Bozkurt, o kabirlerde rüzgarlara fısıldıyor:
– Çok yaşa şair!
– Çok yaşa şair!
Receb Ali Gündüz
(Ankara, Türkçü, Turançılar dərnəyi)
Içimdəki bir külək
Yoxam, mən burda yoxam,-
Özüm deyiləm yəni.
Içimdəki bir külək,
Alıb aparıb məni.
Mən hardayam, görəsən
Səsim özümə çatmır.
Dualarım tanrıya,
Gücüm sözümə çatmır.
Göz dağıdı pəncərəm,
Qapı deyil qapım da.
Kimim var ki, itirim,
Nəyim var ki, tapım da.
Çox yorğunam, ilahi,
Məndən bezib bu can da.
Dadı qaçıb şirindi,
Çəkdiyim acının da.
Daha məni ovutmur,
Din, iman və sairə.
Kim qapısın açar ki,
Bir allahsız şairə.
Yoxam, mən burda yoxam,-
Özüm deyiləm yəni.
Içimdəki bir külək,
Alıb aparıb məni.