Beynəlxalq şirkət Azərbaycandakı vəsaitlərini satışa çıxardıb

asco-sirketNeft-mədən sənayesinə dəstək xidmətləri göstərən “ASCO Caspian Holdings S.A”-nın Azərbaycandakı nümayəndəliyi balansında olan vəsaitlərin satışını elan edib.

Şirkət 1 ədəd generator (AKSA, 18 KW, dizel), 1 ədəd səbətli qaldırıcı (Nifty, HR15D-4×4-Uk, dizel), ehtiyat hissələri (Fiat, Hiatchi, Liebherr, Grove, Krupp, Link Belt, Fruehauf, Hyster, Iveco, Manitou, JCB, Komatsu, MAN, Mitsubishi, Toyota və s.), müxtəlif texnikaya məxsus filterlər, emalatxana alətləri və digər avadanlıq astışa çıxardıb.

İddiaçılar müraciətlərini elektron formada Gunay.Jafarova@ascoworld.com ünvanına göndərə bilərlər. Növbəti mərhələdə iddiaçılara vəsaitlərin tam siyahısı və vəsaitlərin sahədə vizual inspeksiyası təqdim oluna bilər. (Marja)