ABŞ 10 min suriyalı qaçqını qəbul etməyi planlaşdırır

abs-abABŞ prezidenti Barack Obama gələn il Suriyadan “ən azı” 10 min qaçqını qəbul etməyə hazır olmağa səsləyib, Ağ Evin sözçüsü bildirir.

Daha çox qaçqın qəbul etmək üçün ABŞ konqresi öz üzərinə “əhəmiyyətli maliyyə öhdəliyi” götürür, Ağ Evin mətbuat katibi Josh Earnest deyib.

Münaqişənin əvvəlindən Amerika 1500 suriyalıya ölkədə məskunlaşma icazəsi verib. Müqayisədə Avropa İttifaqı bu il 340 min sığınıcaq istəyən miqrantı qəbul edib.

Almaniya kansleri Angela Merkel deyib ki, ölkəsi artıq 450 min suriyalı qəbul edib və 800 min adamı qəbul etməyə hazırdır.

Britaniyanın baş naziri David Cameron Suriyadan 20 min qaçqını qəbul edəcəyini vəd edib.