Rusiya müxalifətinin mərhum üzü və siyasətçi Boris Nemtsovla Rusiyada həbsdə olan ukraynalı keçmiş pilot Natiya Savçenkonun adları 2015-ci il Sakharov mükafatina irəli sürülən namizədlər arasındadır.
50 min avroluq bu müjafatı Avropa Parlamenti 1988-ci ildə təsis edib.
Bu mükafat hər il insan haqları və azadlıq uğrunda mübarizə aparan ayrı-ayrı şəxslər və qruplara verilir.
Rusiyanın keçmiş baş nazir müavini və prezident Vladimir Putinin əsas tənqidçilərindən olan Nemtsov 2015-ci ilin fevralında Moskvanın mərkəzində qətlə yetirilib.
Savçenko isə 2014-cü ildə Uşraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən tutularaq Rusiyaya verilib.
O 2 Rusiya jurnalistinin qətində, onların yerini deməkdə ittiham olunur.
Savçenko ittihamı rədd edir.
Namizədlər arasında Edvard Snouden, Antoine Deltour, Stephanie Gibaud, Səudiyyə Ərəbistanından olan blogger Raif Badavi və Somalidən olan fəal Edna Adan Ismailin də adları var.