Cəzaçəkmə Müəssisəsində qətl

qobustan-hebsxanaPenitensiar Xidmətin rəhbəri Mədət Quliyevin başı yenə dərddə

Azərbaycanda Cəzaçəkməəssisəsində qətl hadisəsi baş verib. Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2 saylı Cəzaçəkməəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib.

Nəticədə Famil Hüseynov yeməkxanadan götürdüyü bıçaqla Həsən Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Azadlıq”a daxil olan məlumata görə, Famil Hüseynov sifariş nəticəsində REAL Hərəkatının rəhbəri, vicdan məhbusu Ilqar Məmmədova təzyiq edən məhkumlardan biridir.

Qeyd edək ki, bu son iki gündə həbsxanada ikinci ölüm hadisəsidir. Bundan əvvəl isə məhbus Əlaqif Abbasov dünyasını dəyişib. Bu barədə APA-ay Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tibb Baş Idarəsinin rəis müavini Iftixar Qurbanov məlumat vermişdi. Onun sözlərinə görə, Əlaqif Abbasoy nazirliyin müalicəəssisəsində müalicə olunurmuş. “Onun kamera yoldaşları da bildirdilər ki, qəflətən təngnəfəs olub və ölüb. Meyiti ekspertizaya göndərilib. Hansı səbəbdən öldüyü ekspertizanın rəyindən sonra məlum olacaq”,-deyə Iftixar Qurbanov bildirmişdi.

Əlaqif Abbasov 2013-cü il avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının (AHIK) sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşovanı qətlə yetirmişdi. O, ilkin ifadəsində evə oğurluq məqsədi ilə girdiyini bildirmişdi.

Penitensiar Xidmətdə bundan əvvəl də hay-küyə səbəb olan hadisələr baş verib. Bu sırada 14 saylı cəzaçəkməəssisəsində məhkum Elşad Babayevin qətlini və “Lamiyə olayı”nı göstərmək olar. Hər iki hadisə ciddi rezonansa səbəb olmuşdu. Bir müddət idi ki, Penitensiar Xidmət bu tip qalmaqallarla gündəmə gəlmirdi. Amma görünür, bu qurumun rəhbərliyi öz vəzifəsini icra etməkdənsə, siyasətlə məşğul olmasındandır ki, hər dəfə həbsxanalarda bu cür hadisələr baş verir.