Günün ulduz falı (8.09.2015)

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Bu gün alacağınız bir xəbər başınızı qarışdıracaq. Çox düşünmədən reaksiya göstərəcəksiniz. Ani qərarlar verəcəyiniz də istisna deyil. Iş yoldaşlarınız və qonşularınızla aranızda ola biləcək anlaşılmazlıqları şişirtməyin.

BUĞA

Özünüzü yaxşı hiss edəcək, hadisələri soyuqqanlı bir şəkildə araşdıracaqsınız. Pulla bağlı məsələləri həll edə bilərsiniz. Sevdiyiniz şəxsin sizə qarşı isti münasibəti əhvalınızı yüksəldəcək.

ƏKIZLƏR

Bu gün özünüzü daha güclü və yaxşı hiss edəcəksiniz. Heç cür qərar verə bilmədiyiniz mövzunu təkrar gözdən keçirə bilərsiniz. Yoldaşlarınızla aranızdakı anlaşılmazlıqları analiz etmək üçün əlverişli zamandır.

XƏƏNG

Bu gün qərar verməniz lazım olan vəziyyətlərlə qarşılaşa bilərsiniz. Bu situasiyada qərarsız qala bilərsiniz. Diqqətinizi işinizə yönəldin və fikrinizin fərqli mövzulara dağılmasın qarşısını alın. Sakit davranış günün tələbidir.

ŞIR

Gərginliyiniz davam etsə belə özünüzü daha güclü və yaxşı hiss edəcəksiniz. Uzaqlarda olan dostlarınız ziyarətinizə gələ bilər və ya siz gedə bilərsiniz. Maliyyə mövzusunda yeni istəkləri reallaşdırmaq olar.

QIZ

Sevdiyiniz şəxslə aranızdakı əlaqələr istədiyiniz kimi olacaq. Beləcə işlərinizi daha bir həvəslə edəcək və yeni cəhdlərə yol verəcəksiniz. Bu mövzuda xanım yoldaşlarınızdan dəstək alacaqsınız.

TƏRƏZI

Özünüzü güclü hiss etdiyiniz bir gündür. Bəzi qarışıqlıqlar olsa belə, bunların üzərində dayanmayacaq, diqqətinizi yönəltdiyiniz mövzuda işlərinizi davam etdirəcəksiniz. Evinizlə maraqlana bilərsiniz.

ƏQRƏB

Yoldaşlarınızla aranızdakı əlaqələr isti və sıx olacaq. Həll edilməsində çətinlik çəkdiyiniz problemləri təhlil edə bilərsiniz. Gizli eşq macəraları sizə cazibədar gələ bilər. Bu mövzuda istəyiniz artır.

OXATAN

Romantik davranmaq yerinə, ağılla hərəkət edəcək və beləcə günü daha uğurlu edəcəksiniz. Yoldaşlarınız və yaxın ətrafınızın köməyini əsirgəməyəcək. Bu baxımdan fikirlərinizi onlarla paylaşın.

OĞLAQ

Bu gün qarşılaşacağınız bir vəziyyət həm duyğularınızı, həm də başınızı qarışdıracaq. Düşüncələrinizi özünüzə saxlamanızda fayda var. Ayrıca, düşündüklərinizin doğru olub-olmadığını araşdırmadan reaksiya verməyin.

DOLÇA

Istəklərinizdən qaynaqlanan gərginlik davam etsə belə daha qərarlı davranmağı bacaracaqsınız. Zehni fəaliyyətinizin yüksəldiyi bir dövrdəsiniz. Qrup işləri və təşkilati məsələlər uğurlu alınacaq.

BALIQLAR

Hadisələrin inkişafını anlamağa çalışmaq daha doğru olar. Pul xərcləmələrinizə diqqətli olun. Gərəksiz xərcləmələr üzündən daha sonra çətin vəziyyətdə qala bilərsiniz. Həyata müsbət baxmağı bacarın.