Keçmiş səfirdən hakimiyyətə xəbərdarlıq

ArifKeçmiş səfir Azərbaycan hakimiyyətindən savadlı və vətənpərvər XİN nümayəndələrinə qarşı repressiyaları dayandırmağı tələb etdi. Arif Məmmədov bu basqıların durmayacağı təqdirdə, xaricdə kölgə XİN yaradacağlarını da bəyan edib. Keçmiş səfirin  Facebookda paylşadığı yazını təqdim edirik:

“Əziz dostlar, mənə yaxın olan XİN diplomatlarına qarşı repressiyalar davam etdirilməkdədir. Onları Bakıya çağıraraq mənə qarşı yalanlar yazmağa məcbur edirlər. Yazmağdan imtina edənləri işdən qovurlar və yenidən ölkəni tərk etməyə imkan vermirlər. Anarı mən çox savadlı və ölkəsini dərindən sevən vətənpərvər Azərbaycan oğlu kimi tanıyıram. Hakimiyyət ölkənin ən savadlı diplomatlarına qarşı repressiyaları dəyandırmasa, bir azdan xaricdə kölğədə olan XİN yaratmalı olacagıq.
Problemlərlə üzləşən bütün diplomatlarımıza mənimlə əlaqə saxlamağa çağırıram”.