“Hüquqlar naminə idman” (Sport For Rights) koalisiyası bir daha jurnalist Rauf Mirqədirovun və Azərbaycanda həbs olunmuş digər hüquq müdafiəçiləri və jurnalistləri qeyd-şərtsiz azad etməsi barədə çağırışını təkrarlayır.
Bu barədə Koalisiyanın bəyanatında deyilir.
Koalisiya həmçinin Mirqədirovun səhhətindən narahatlığını ifadə ediblər.
“Azərbaycan qanunvericiliyinə əsasən, Məhkəməyəqədər həbs cazə müddəti 19 ay kimidir.bu uzadılmason olmalıdır. Mirqədirov digər siyasi məhbuslarınyanaşı, hazırda Azərbaycanda siyasi motivlərlə barmaqlıqlar arxasında qalan səkkiz jurnalistlərdən biridir.deyə təkilatın bəyanatında deyilir.
Nəsimi Rayon Məhkəməsində Azər Paşayevin sədrliyi ilə jurnalist Rauf Mirqədirovun həbs müddəti daha 2 ay uzadılıb.
*Rauf Mirqədirov 2014-cü ilin aprelində Türkiyədən deportasiya edildikdən sonra dövlətə xəyanət ittihamı ilə həbs olunub. O bu ittihamı qəti şəkildə rədd edir. Həbsin əsl səbəbi R.Mirqədirovun Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun layihələrində iştirak erməsidir. Belə ki, L.Yunus özü də dövlətə xəyanətdə ittiham olunub.
Qeyd edək ki, L.Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata verilib və onlar iqtisadi cinayətlərə görə həbs olunublar