
“Əgər bilet yoxdursa, niyə çox pul verəndə tapılır? Niyə biletlərin qiymətini üstündəkindən baha satırlar?”, – deyə şikayətçilər bildiriblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin “Sərnişindaşınmaları” şöbəsinin rəisi İlyar Muradov bildirdi ki, avqust ayında həqiqətən də həmin istiqamət üzrə böyük sıxlıq olub. Onun sözlərinə görə, Bakı-Moskva istiqamətində biletlər tapılmadığı üçün növbələr yaranıb.
“Hazırda problem həll olunub. İndi biletlər var”, – deyə İlyar Muradov bildirib.
Biletlərin baha qiymətə satılmasına gəlincə, İlyar Muradov bu faktı inkar etmədi. O, biletlərin qiymətinin standart olmadığını dedi: “Hazırda biletlərin qiyməti dəyişir. Çünki Rusiyada valyuta standart deyil deyə, bilet qiymətləri də dəyişir”.
Dərmiryolu stansiyasında Bakı-Moskva reysi üzrə hərəkət edən qatarlara biletlərin qiyməti bahalaşıb. (BAKU.WS)