AXCP Rəyasət Heyəti sentyabrın 7-də növbəti iclasını keçirib. İclasda partiyanın VI(IX) Qurultayına hazırlıq məsləsi müzakirə olunub.
Qurultaya hazırlıqla əlaqədar yerli təşkilatlarda keçirilən hesabat-seçki konfransları barədə məlumatlar diqqətə çatdırılıb. Məlumat verilib ki, yerli təşkilatların əksəriyyətində qurultaya hazırlıq konfransları başa çatıb, yerli rəhbərliklər və qurultaya nümayəndələr seçilib. Qalan bir neçə yerli təşkilatda dap roses yaxın günlərdə başa çatacaq.
Rəyasət Heyəti konfranslarla bağlı məlumatları nəzərə alaraq AXCP-nin VI(IX) Qurultayını sentyabrın 27-ə keçirməyə qərar verib. Qərara alınıb ki, göstərilən tarixdə partiya qurultayını Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirməyə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunsun.
İclasda qurultayın yüksək səviyyədə təşkili üçün görülməli tədbirlərlə bağlı da fikir mübadiləsi aparılıb.