«AKP Türkiyənin yaxasından düşməlidir»

turkiye-partiyalarKılıçdaroğlu: «Ölkəni qan gölünə çevirdilər»

Türkiyədə erkən seçkinin keçirilməsinə iki aydan az vaxt qalıb. Noyabrın 1-də yeni hökuməti hansı partiya və ya partiyaların quracağı bəlli olacaq.

Türkiyə müxalifəti 7 iyun seçkisində təkbaşına iqtidar olmaq şansını itirən AKP-nin qarşıdakı seçkidə qalib olmaq üçün bütün vasitələrə əl ata biləcəyini iddia edir. Artıq səsəvermə günü ilə bağlı müxalifət cəbhəsindən seçicilərə çağırışlar gəlməyə başlayıb.

CHP sədri Kamal Kılıçdaroğlu da hesab edir ki, AKP qarşıdakı seçkidə qanunsuz müdaxilələrə yol verə və saxtakarlğıa gedə bilər. Kılıçdaroğlu bildirib ki, buna görə vətəndaşlar ayıq olmalı və seçki günü səslərinə sahib çıxmalıdılar: “Biz sarayda oturan insanın (Ərdoğanın-red:) seçki qutularına müdaxilə etməsini istəmirik. Belə bir niyyətinin olduğunu bilirik. Demokratiyaya inanan hər bir vətəndaş bu niyyəti boşa çıxarmalıdır”.

Seçkinin təxirə salınmasından bəhs olunmasını belə, doğru saymadığını deyən Kılıçdaroğlu bunu demokratiyaya inamsızlıq kimi qiymətləndirib: “Qərar verilib, seçkiyə gediləcək. Xalqa hesab verməlidilər. Korrupsiya boğaza qədərdir. Ölkəni böldülər, qan gölünə çevirdilər. 72 illik ənənəni pozdular. Bu ölkə yazıqdır. AKP Türkiyənin yaxasından düşməlidir. Bunlar gedəcəklərini, müvəqqəti olduqlarını bilirlər. Gedəcəklərini bildikləri üçün hər yola əl ata bilərlər. Bütün vətəndaşlarımızı məsuliyyətli olmağa çağırıram. Mediaya basqı edəcəklər. Məhkəməyə təzyiq davam edəcək. Amma biz bütün bunlara dirəniş göstərməliyik. Çünki biz demokratiyanı, insan haqlarını, azadlıqları, həmçinin işsizlərin, əzilənlərin, Suriyadan gələn 2 milyondan artıq insanın haqqını müdafiə edəcəyik”.

Gültəkin