Xəstəyə baş çəkməyə getdi, xəstəxanada öldü

tecili-yardimBakıda 48 yaşlı kişi xəstəxananın həyətində vəfat edib.

Bu barədə məlumatı musavat.com-a hadisənin şahidləri veriblər.

Məlumata görə, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hikmət Hüseynov ürək çatışmazlığından ölüb.

Hadisə Binəqədi rayonunda yerləşən 6 saylı xəstəxananın həyətində baş verib.

Həmin kişinin xəstə yanına ziyarətə gəldiyi, lakin xəstəxananın həyətində vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.