
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə geniş ərazini əhatə etdiyi üçün və alovun yaxınlıqdakı sıx meşəyə keçməsi təhlükəsi yarandığı üçün əraziyə kömək üçün Kürdəmir və Şamaxı yanğınsöndürənləri də cəlb olunub. Dağlıq ərazidə havanın və küləkli olması alovun qarşısını almaq işini çətinləşdirib. Yanğın gecə saat 2:00 radələrində tam söndürülüb. Ümumilikdə 2.5 hektar ərazidə kol-kos və xırda ağaclar yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
FHN-in yaydığı məlumatda bildirilir ki, Ağsu rayonunda dağlıq ərazidə 2.5 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.