“Vicdan Sabir” öldü

Sumqayıt maşın bazarının sahibi (“Vicdan” MMC) Sabir Tarverdiyev ağır sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib. Xeyriyyəçi kimi tanınan mərhum, son zamanlar biznesinin müəyyən hissəsini Belarus Respublikasının Minsk şəhərinə daşımışdı. Belarus əsilli qadından olan bir yaşlı oğluna bu il avqustun 30-da Sumqayıtda “Şahanə” restoranında  sünnət toyu etmişdi. 
2005-ci il parlament seçkilərində efirdən platformasını söyləyərkən: “İlham Əliyevə heç nə lazım deyil, atasından qalan onun bəsidir” məşhur kalamından sonra onun namizədliyi ləğv edildi. 
Rejimin dəstəkçisi olmasına baxmayaq, 2008-ci ildə isə 8-ci kilometr maşın bazarı Badamdara (sahibi İsgəndər Xəlilov) köçürülərkən Sumqayıt maşın bazarı Vergilər Departamentinin yoxlama bəhanəsi ilə fəaliyyəti uzun müddətə dayandırıldı. 
Sonradan Prezidentin əmisi oğlu İlqar Əliyevdən Sumqayıt maşın bazarının sahibi Sabir Tarverdiyevə təklif olunur ki, gəlirin 20%-nə razıdırsa, bazarın fəaliyyətini bərpa edə bilər. Çarəsizlikdən mərhum bu təklifi qəbul etmişdi. 
 Hazırda İlqar Əliyev “kasıbçılıqdan” Sumqayıt maşın bazarının 80%-nə yiyələnib. Bu da maşın bazarı işçilərinin boğazından kəsilən vəsaitdir. Bu səbəbdən mərhum Sabir Tarverdiyev biznesinin müəyyən hissəsini qorumaq üçün Belarusa daşımalı olmuşdu.
Allah rəhmət eləsin!