
Fondun yaydığı məlumata görə, bu ilin yanvar-avqust aylarında "AÇG" yataqları üzrə ARDNF-ə 4 milyard 941 milyon ABŞ dolları, "Şahdəniz" yatağı üzrə isə 247 milyon dollar daxil olub.
Məlumata görə, 2001-ci ildən etibarən "AÇG" yataqlar bloku üzrə əldə olunan ümumi gəlirlər 115 milyard 92 milyon dollar, "Şahdəniz" yatağı üzrə isə 2007-ci ildən etibarən 2 milyard 367 milyon dollar təşkil edib (Cəmi 117,5 milyard dollar ).