Naziri məhkəməyə verdilər – Rus dilində danışdığına görə

Ukrayna daxili işlər naziri Arsen Avakova qarşı məhkəmə iddiası qaldırılıb. Lvovdan olan iсtimai fəal Svyatoslav Litinskiy naziri çıxışları zamanı rus dilində danışmaqda ittiham edib. O, hesab edir ki, bununla Avakov dövlət dili haqqında mövcud qanunvericiliyi pozub.
 
İş üzrə ilk proses sentyabrın 3-də Lvov Məhkəməsində keçiriləcək.
 
Qeyd edək ki, Litinskiy ötən il yerli pasportlardakı rusdilli qeydlərin Ukraynanın dövlət dili ilə əvəzlənməsi barədə iddia qaldırmış və məhkəməni udmuşdu. (Strateq.az)