Hakimiyyətin “JEK”lərlə bağlı planı

Parlament seçkilərindən sonra bu qurumların ləğv olunacağı deyilir

Xəbər verildiyi kimi artıq Azərbaycanda yaşayış yeri barədə arayışları da ASAN xidmət verəcək. Ölkə başçısı Ilham Əliyev bununla bağlı fərman verib.

Indiyə qədər bu arayışlar mənzil-istismar sahələri (MIS) tərəfindən verilirdi. Fərman həmçinin mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunun elektron bazasının yaradılmasını nəzərdə tutur. Indiki vəziyyətə görə isə mənzil-istismar sahələrində qeydiyyat uçotu barədə informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır.

Əldə etdiyimiz məlumatlara görə, bu fərmanın kökündə MIS-lərin ləğvi dayanır. Lakin hakimiyyəti MIS-lərin ləğvini parlament seçkilərindən sonraya saxlayıb. Çünki seçkilərdə bu qurumlar hakimiyyətə çox lazımdır. Hakimiyyət seçkilərin saxtalaşdırılmasında məhz bu qurumların xidmətindən yararlanır. Parlament seçkiləri başa çatdıqdan sonra isə MIS-lər ləğv ediləcək.