
“Loqotip daha incə və sadə olub. O mobil internet-platformalara indi daha çox yaraşır və smartfonların ekranında daha optimal görünür”, deyə KTLA telekanalı qeyd edib.
Google rəhbərliyinin yaydığı məlumatda isə yeni loqonun daha “sadə, parlaq, lakonik və daha yaxın” olduğunu qeyd edib.
Qeyd edək ki, loqotipin yenilənməsi Google şirkətinin strukturunun tamamilə dəyişməsindən sonra baş verib. Google şirkəti hazırda yeni yaradılmış Alphabet holdinqinin törəmə qurumuna çevrilib. (APA)