
Hadisə V.Cəfərov su kanalının yaxınlığında qoyun otaran zaman baş verib. Belə ki, kanalın üstündəki dəmir boru ilə digər tərəfə keçən yeniyetmənin ayağı sürüşüb və o, kanala düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Hazırda xilasedicilər yeniyetmənin axtarışlarını davam etdirir.