Bakıda oteldə yanğın olub

Bakı şəhərinin Səbayel rayonunda yerləşən otellərin birində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, 7 mərtəbəli otelin 2-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan mətbəxin lambirdən ibarət tavanın bir hissəsi yanıb.
 
Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.