Qaxda fındıq sahələri yanıb

Bu gün axşam saatlarında Qax rayonunda yanğın hadisəsi baş verib. “Report” xəbər verir ki, rayonun Qum kəndi ərazisində vətəndaşlara məxsus ümumi sahəsi 3.5 hektar ərazinin 2.5 hektar hissəsində yanğın olub.
 
Kənd sakini Musa İmamov,Təbrik Şahmuradov və Məryəm Əzizovaya məxsus fındıq bağı, quru ot sahəsi, həmin ərazini mühafizə edən çəpər yanıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.Yanğınsöndürənlərin səyi nəticəsində ərazidə olan 3 yardımçı tikili və fındıq bağları yanğından mühafizə olunub.
Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.