abd-kongres

ABŞ Konqresinə Azərbaycanla bağlı müraciət

Hüquq-müdafiə təşkilatları konqresmenlərin Bakıya şübhəli səfəri haqda materialların açıqlanmasını istəyir

ABŞ-ın 10 hüquq-müdafiə təşkilatı Konqressin Nümayəndələr Palatasının Etika Komitəsinin sədri Çarli Dentə və qurumun üzvlərinə müraciət edərək, 2013-cü ildə Azərbaycana səfər etmiş konqresmenlərlə bağlı araşdırmaların nəticəsi olan materialların dərcini istəyib. Bu barədə Amerikanın “opensecrets” saytı məlumat yayıb. Məlumatda xatırladılır ki, bir müddət əvvəl Etika Komitəsi məlumat yayaraq, araşdırmaların başa çatdığını bildirmiş və sözügedən konqresmenləri “təmizə çıxarmışdı”.

“Bizi narahat edən odur ki, Komitə indiyədək görünməyən qərar verib. Məhz bu qərara əsasən, araşdırmanın nəticələri hələ də ictimaiyyətə açıqlanmayıb. Bu qərar həm də ona görə şübhə altına düşür ki, konqresmenlərin Azərbaycana səfərində Komitə həlledici rol oynayıb”, – deyə müraciətdə bildirilir.

Hüquq-müdafiə təşkilatları müraciətdə həmçinin Dentin bu araşdırmalardan kənarda qalması üçün onun özü özünə etiraz verməsini istəyiblər. Çünki konqresmenlərin səfərini maliyyələşdirənlərdən özü də maliyyə alıb.

Müraciət edən təşkilatlardan birinin rəhbəri bildirib ki, Etika Komitəsinin bu səfərə razılıq verdiyi faktı gizlədilib. Bununla da əvvəldən Komitə özü işləri korlayıb.

Həmçinin qeyd olunub ki, konqresmenlərin səfərində qanunsuzluq aşkarlanmadığına dair Komitənin rəyinə inanmaq olmaz. Bunun səbəblərindən biri də odur ki, Komitəyə təqdim olunan sənədlərdə konqresmenlərin səfərini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyələşdirdiyi gizlədilib.

Informasiya şöbəsi