“Qarabağ” Avroliqanın qrup mərhələsində

Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir.
 
Təmsilçilərimizdən "Qarabağ" qrup mərhələsinə düşmək yolunda son matçına çıxıb.
 
Ağdam təmsilçisi doğma azarkeşləri önündə "Yanq Boyz"u sınağa çəkib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ"  cavab görüşündə də qələbə qazanıb – 3:0. Bununla da Ağdam klubu tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsində vəsiqə qazanıb.
 
Xatırladaq ki, Qurban Qurbanovun komandası ötən mövsüm də Avroliqanın qrup mərhələsində oynamaq hüququ əldə etmişdi.