Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə APA-ya Ukrayna Prezident Administrasiyasının mətbuat katibliyindən məlumat verilib.
Mətbuat katibliyindən bildiriblər ki, hazırda Azərbaycan tərəfi ilə səfərin tarixi müzakirə edilir. “Ukrayna prezidenti dəfələrlə Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafının vacibliyini vurğulayıb”, – deyə açıqlamada qeyd olunub.
Poroşenko Azərbaycana gəlmək istəyir
•