
“Bank Technique” probleminə görə digər bankların bir çox məlumatsız əmanətçliləri də xofa düşüblər. Onlar hesab edirlər ki, “Bank Technique” bank sektorunun vəziyyəti barədə “indiqatordur”, digər banklarda da müvafiq çətinliklər yaranarsa pullarını geri götürə bilməzlər.
Bir müddət əvvəl “Bank Technique” müəyyən çətinliklərinin olduğunu bəyan edərək, problemləri aradan qaldırmaq üçün var qüvvələrini səfərbər etdiklərini bəyan ediblər. Amma problemin həlli isə uzanır. Məsələ uzandıqca, Bank sektoruna olan inam da zədələnir.
Ekspertlər bildirirlər ki, “Bank Technique” problemi ilə əlaqədar Azərbaycan əmanətçilərinin dərin narahatlıq keçirmələrinə əsas yoxdur. Nüfuzu və kapitalı güclü olan banklar çətinliklərə sinə gəlirlər. Belə banklarda, həm dollar, həm də daha sərfəli faizləri olan Manat əmanətləri yerləşdirmək olar.
Qeyd edək ki, Azərbaycanda 12% dərəcəsinədək, 30 min dollaradək yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanaraq qorunur. (Marja)