“Evrobank” müflis elan edilib

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ilə “Evrobank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Bankın ləğvedicisi qismində "Azerbaijan International Consulting Company" şirkəti təyin edilib,
 
Şirkətin məlumatında qeyd edilir ki, “EvroBank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması ( 50 mln. manat – İF-Az) üzrə tələblərə əməl etməyib. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməyib. Bunun əsasında AMB bankın lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
 
“Avrobank” 1992-ci ilin dekabr ayından fəaliyyət göstərib. 1 filialı, 11 mln manat nizamnamə kapitalı və 40 mln manat kredit portfeli vardı. (contact.az)