Putini neftlə devirəcəklər

Hikmət Hacızadə: «Həqiqətən də Rusiyanın siyasi elitasında Putini devirmək niyyətləri gündəmə gəlib»

ABŞ-ın məşhur “Forbes” jurnalının Rusiyada baş verənlərlə bağlı dərc etdiyi son məqalə kifayət qədər suallar yaradır. Jurnalın yazdığına görə, Rusiya prezidenti Vladimir Putinin yüksək reytinqinə baxmayaraq, Kremldəkilər çevriliş baş verə biləcəyini hiss edir. Qeyd olunur ki, Kreml elitası vəziyyətin daha da pisləşməsini gözləmədən Putinin getməsini dəÿdüşünə bilər. Hətta Rusiyanın nüfuzlu “Kommersant” nəşrinin yaradıcısı da yaxın vaxtlarda köklü dəyişikliklərin olacağını proqnozlaşdırır və əslində vəsaiti olan rusiyalılara bir müddətlik ölkəni tərk etməyi məsləhət görür.

“Forbes” yazır ki, Putinin səhvləri günü-gündən daha da aydın görünür. Heç kim inkar etmir ki, Rusiya kleptokratik dövlətdir, ölkəyəÿrəhbərlik edənlər milli sərvətlərin böyük hissəsini oğurlayıb. Rusiya həmçinin rəsmən xalqı aldatmaqdan, beynəlxalq hüquq normalarını pozmaqdan da çəkinmir. Eyni zamanda, Rusiyanın beynəlxalq məhkəmələr qarşısında da böyük borcları var. Putin Kremli beləÿ düşüncəÿtərzini inkişaf etdirir, bu da dünya liderlərini ciddi şəkildəÿ həyəcanlandırır.

“Forbes” qeyd edir ki, Putinin iqtisadi siyasəti dəÿ fəlakətlə ÿnəticələnib. Diversifikasiya vədlərinəÿ baxmayaraq, Rusiya dünya bazarında neftin qiymətindən asılı olan xammal iqtisadiyyatı kimi qalır. Neftin qiymətinin düşməsi, beynəlxalq sanksiyalar vəÿ ərzaq embarqosu nəticəsindəÿ Rusiyada altı rübdü iqtisadi geriləməÿ baş verir. Yaxın dövrdə ÿisəÿ ən yaxşı halda, cüzi artıma ümid edəÿbilər. Putinin iqtisadi artım vəÿ rifah vədlərinə baxmayaraq,ÿəhalinin yaşayış səviyyəsi düşür. Investisiyaların yoxluğu Rusiyanın iqtisadi gələcəyini ağırlaşdırır. Yalnız Putinin bürokratik aparatı zərər çəkməyib. Tərifli ehtiyat fondu tezliklə ÿbitəcək. “Qara gün”ə, demək olar, heç nəÿqalmayıb. Putinin bəyanatlarına isə ÿdaha dostları da inanmır.

Bəs nüfuzlu jurnalın yazdıqları gerçəkləşə bilərmi? Hazırda dünya bazarında neftin qiymətində yaşanan sürətli düşüş və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu prosesə necə təsir edə bilər?

Politoloq Hikmət Hacızadə hesab edir ki, hazırda Rusiyanın siyasi elitasında Putini devirmək niyyətləri gündəmə gəlib və Kremldə bu ab-hava yaşanır. Putinə qarşı duran qüvvələrin hansı dərəcədə gücü olduğunun hələ məlum olmadığını deyən H.Hacızadənin fikrincə, amma istənilən halda bu tendensiya var, çünki Putin Rusiyanı uçurumun kənarına gətirib: “Putin Rusiyanı dalana dirəyib və ağır nəticələrə baxmayaraq yürütdüyü siyasətdən imtina etmək istəmir. Ona görə Rusiya hazırda ağır günlərini yaşayır. Rusiya bir dövlət olaraq eniş yaşayır”.

Hazırda dünya bazarında cərəyan edən proseslərin, xüsusilə neftin qiymətinin ucuzlaşmasının Putinin vəziyyətini bir qədər qəlizləşdirdiyini deyən H.Hacızadə bildirdi ki, Rusiyanın üzləşdiyi sanksiyalar da Kremldəki ab-havanı dözülməz edir: “Rusiya sanksiyaların onlara təsir etməyəcəyini deyirdi. Amma zaman tam əks prosesi yaşatdı. Ona görə Rusiyanın üzləşdiyi sanksiyalar, neftin qiymətinin düşməsi, dövlətin maliyyə itkiləri hər ötən gün Putinin  vəziyyətini ağırlaşdırır. Bu baxımdan Kremldə çevrilişin ola biləcəyi ilə bağlı xarici mətbuatın yazdıqları inandırıcıdır”.

Xəyal