
SCAT aviaşirkətinin bəyənatında bildirilib ki, biletlərin bahalaşdırılması şirkətin gəlirlərinin artırılmasına yönəlməyib: "Çünki dolların tengəyə qarşı qeyri-sabit kursu ilə bağlı şirkət bütün xərcləri ödəyə bilmir. Qiymətin artırılması yalnız beynəlxalq reyslərin təmin olunması ilə bağlı xərclərin bir qismini ödəyə bilir".
Qeyd edək ki, SCAT aviaşirkəti Aktau-Bakı birbaşa reysləri həyata keçirir.
Bundan başqa, "Air Astana" aviaşirkəti də beynəlxalq aviadaşımalara görə qiymətlərin 25 faiz bahalaşdığını elan edib.