Sabirabadda qətl törədilib

Sabirabad rayonunda qətl törədilib. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, avqustun 23-də Sabirabad rayonunun Qalağayın kəndində kənd sakini Xəqani Miriyev münaqişə zəminində həmkəndlisi Ənvər Abdullayevə bıçaqla xəsarət yetirib. Ə.Abdullayev hadisə yerində ölüb.
 
X.Miriyev könüllü olaraq RPŞ-yə gələrək istintaqa təslim olub.