
Yeni Moskvada Fransız kimi tanınan, 25 yaşlı kriminal avtoritet Maksim Frtantsuzovun həyatına qəsd edilib. Avqustun 23-dən 24-nə keçən gecə evinin yaxınlığında dayanan avtoritetə naməlum şəxs yaxınlaşaraq atəş açıb. Frantsuz yaxınlıqdakı xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas etməyə çalışırlar.
Maksim Frantsuzov 2008-ci ildə qarət və quldurluq cinayətlərinə görə həbs edilib. (Modern.az)