Taksi sürücüləri qadağalara etiraz edir

 

 

Reydlər zamanı sürücülərlə Nəqliyyat Nazirliyinin əməkdaşları arasında qaşıdurma yaranıb

Nəqliyyat Nazirliyinin əməkdaşları Bakıda özəl taksilərin saxlanılmasının qadağan olduğu yerlərdə reydləri davam etdirir. Məlumat üçün deyək ki, Nəqliyyat Nazirliyi Bakıda vətəndaşların şəxsi nəqliyyatdan taksi xidmətləri göstərməsinin qadağan edildiyi 14 yer müəyyən edib. Həmin zonalar bunlardır: “Həzi Aslanov”, “28 May”, “Xalqlar dostluğu”, “Gənclik”, “Xətai”, “Azadlıq prospekti”, “Içərişəhər”, “Sahil”, “Neftçilər”, “Əhmədli”, “Qara Qarayev”, “Koroğlu”, “20 yanvar” metro stansiyaları, həmçinin “Beşmərtəbə” və “Qış bulvarı” parklarının yanı. Bu məkanlarda yalnız “London taksiləri” işləyə bilər.

Redaksiyamıza daxil olan məlumatlara görə, nazirliyin əməkdaşlarının keçirdiyi reydlər zamanı taksi sürücüləri aralarında qarşıdurma yaranıb. Belə bir hal konkret olaraq dünən “Inşaatçılar” metrostansiyasının yaxınlığında da baş verib. Taksi sürücüləri reydə etiraz ediblər. Iş o yerə çatıb ki, əraziyə polis çağırılıb. Bu fakt onu göstərir ki, Nəqliyyat Nazirliyinin qadağasının tətbiqi ciddi etirazlara səbəb olacaq.