“İşçi tələb olunur”

Şəmistan Həzi
 
Son zamanlar bir çox marketlərin, ticarət mərkəzlərinin pəncərəsində "İşçi tələb olunur" elanını görmək mümkündür. Azərbaycan hakimiyyəti yenə də hər zaman olduğu kimi "kreativ"liyi ilə seçilə bildi. Rejim hər gün yeni üsullarla xalqı aldatmağı düşünür və hər dəfə də bu ləkəli işə cəmiyyətin bəzi təpəqələrini də məcburi şəkildə calağ edir. Bu dəfəki planları da digərləri kimi ifşa olundu. Deməli, Azərbaycanda yaşayan digər insanlar kimi, bizimdə ailə vəziyyətimiz olduqca ağırdır. Demək olar ki, ay ərzində zəruri qidadan başqa evə heç nə daxil olmurdu. Vəziyyətin getdikcə daha geniş vüsət alacağını görüb, sübh səhərdən evdən çıxıb iş dalınca yollandım. Yasamal rayonunda bir neçə dəqiqə gəzişdim. Elə bil preziden İlham Əliyev özünün dediyi, amma heç kimin görmədiyi 1000000 iş yerini təkcə Yasamal rayonunda açıb. Demək olar ki, hər 3 obyektdən birində "İşçi tələb olunur" elanı ilə rastlaşdım. İlk baxışda düşündüm ki, manatın devalivasiyası, neftin qiymətdən düşməsi sahibkarlara da təsir edib və işçilər maaş ala bilmədikləri üçün "istefa" veriblər. Elə buna görə də iş yerlərinin boş olması normaldır. Ancaq reallıq daha biabırçı və utancverici imiş. Məsələ burasındadır ki, bu elanlar "iş yeri var, işləyən yoxdur" görüntüsü yaratmaq üçündür. Deməli, gördüyüm onlarla obyektin hamısından bu cavabı aldım "İşçi götürülüb, gecikmisiz". "Bəs elan niyə qaldırılmayıb" sualını verəndə
 
"İş çoxluqundan unutmuşuq", bunun sizə bir aidiyyatı yoxdur" kimi cavablar aldım. Onsuz da bu dəqiqə hər bir sağlam düşüncəli insan Azərbaycanda vəziyyətin nə qədər acınacaqlı olduğunu görür və qiymətləndirir. İnsanlarımızın yoxsulluğu süfrəsində hiss etdiyi bir vaxtda, "İşçi tələb olunur" deyib bizi nə qədər ümüdləndirirsizsə, "İşçi tapılıb, gecikmisiz" deməklə də o qədər hiddətləndirirsiz. Bu gəncləri, ümumiyyətlə vətəndaşı ələ salmaqdan başqa bir şey deyil. Günəşin işıltısndan par-par yanan pəncərələrin üstündəki ağ kağıza yazılmış "İşçi tələb olunur" yazısı, işçi tapılmadıqca, küləkdən qalxan toz-tozanağın içində ləkələnəcək. İndi bu yazı, 3-5 yaşlı balasını böyütmək, oxutmaq ümüdilə iş dalınca yollanıb, ümüdsüz, nəticəsiz övladının önündə gözü kölgəli olmuş, ləkələnmiş ata obrazını bizə göstərir. İndi hər kəs anlayır ki, Azərbaycanda vəziyyət acınacaqlıdır və daha da pisləşməyə doğru gedir. Ancaq yenə də bəzi sadəlövh insanlarımız bu vəziyyətin müsbətə doğru dəyişəcəyini düşünür və susur. İndi gördünüzmü?! Azərbaycan hökuməti yaranmış acınacaqlı vəziyyəti düzəltməkdən çox, yeni-yeni üsullarla insanları aldatmağın yollarını düşünür. Bu və bu kimi üsullarla hakimiyyətdə bi müddət də qalmaq istəyirlər. Bir sözlə, vaxt qazanmaq istəyirlər. Anacaq qazanacaqları xalqın nifrəti, övladı günahsız həbs olunmuş anaların qarğışları və gələcəyi bədbəxt olmuş körpələrin intiqam istəyi olacaq.