Günün ulduz falı (21.08.2015)

«AZADLIQ»IN RƏSƏDXANASI

 

QOÇ

Son günlər bu günün işlərini sabaha qoyursunuz. Sonra da gərginlikdən yorulduğunuzu dilə gətirirsiniz. Gündəlik iş qrafikinizi düzgün təyin edin ki, sonra peşman olmayasınız.

BUĞA

Ailəyə, uşaqlarınıza qarşı diqqətli olun. Onların arzu və təkliflərini nəzərə alın. Bürcün subay nümayəndələrini isə yeni tanışlıq gözləyir. Yeni münasibətin romnatik səpgidə inkişaf edib-etməyəcəyi isə yalnız sizə bağlıdır.

ƏKIZLƏR

Bütün günü mənasız yerə fikirləşməkdənsə, nəyi necə edəcəyiniz barədə düşünün. Lazım gələrsə yaxınlarınızdan, dost-tanışdan kömək də istəyə bilərsiniz. Müraciət edəcəyiniz adamlar sizə yardım etmək üçün əlindən gələni edəcək.

XƏRÇƏNG

Imic dəyişikliyi etmək, gözəllik salonunu ziyarət etmək üçün münasib gündür. Yaxşı olar ki, qarderobunuza da nəzər yetirəsiniz. Yeni qiyafət sizin əhvalınızı da yüksəldəcək. Bu səbəbdən alış-verişə çıxmaq olar.

ŞIR

Gərginliyi atmaq üçün həftə sonu istirahət edin, enerji toplayın. Ürəyiniz istəyən məşğuliyyətlə bazar gününü keçirmək fiziki yorğunluğunuzu atmağa kömək olacaq.

QIZ

Ətrafda baş verənlərdən belə xəbərsizsiniz. Ünsiyyətcil olun, yaxın ətrafınızla əlaqənizi möhkəmlədin. Bu, zehni yorğunluğunuzu atmağa kömək edər. Qeyri-rəsmi söhbətlər, dostlarla görüş ürəyinizcə olacaq.

TƏRƏZI

Ulduzlar səbirli olmağa çağırır. Nəzərdə tutduğunuz işin bu tezlikdə tamamlanması heç də fayda verməyə bilər. Xırda işlərlə məşğul olun, onda zamanın keçdiyinin fərqində olmayacaqsınız.

ƏQRƏB

Öz işlərinizi tamamlayan kimi övladlarınıza da zaman ayırın. Uşaqların təhsili ilə maraqlanmaq baxımından əlverişli gündür. Bürcün subay nümayəndələrini isə maraqlı gün gözləyir.

OXATAN

Öz işinizlə məşğul olun ki, söhbətlərin bir ucu sizə bağlanmasın. Müdiriyyətin işinizi dəyərləndirməsini istəyirsinizsə, onda işinizə yeni keyfiyyətlər qatın.

OĞLAQ

Gündəlik xərcləmələrinizə diqqət yetirin, görün harada nəyi səhv edirsiniz. Büdcənizin sabit qalmasını istəyirsinizsə, onda ən yaxın adamınıza bu işi həvalə edin. Onun məsləhətinə qulaq asın.

DOLÇA

Indiki durumuza görə bahalı alış-veriş münasib deyil. Vacib olanları almaqla kifayətlənmək lazımdır. Əks halda ailə üzvlərinin etiraz reaksiyasıyla qarşılaşacaqsıınız.

BALIQLAR

Tənbeh olunmaqdan zəhləniz gedirsə, son günlərdə nə qədər yarımçıq iş qoyduğunuzu gözünüzün qabağına gətirin. Sizin üçün bir işi tamamlamamış o birisinə keçmək vərdiş halı alıb.