Şahdağ Milli Parkında yanğın başlayıb

Şahdağ Milli Parkında yanğın başlayıb.
 
İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli Parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub.
 
Hal-hazırda əməliyyat davam edir. (APA)